Qəzza zolağında ölən fələstinlilərin sayı 11 mini keçib

Qəzza zolağında ölən fələstinlilərin sayı 11 mini keçib

İsrailin Qəzza sektorunu bombalaması nəticəsində 4506-sı uşaq olmaqla azı 11 078 fələstinli həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrail təcavüzünün qurbanlarının sayı 11 078 nəfərə çatıb ki, onların da 4 506-sı uşaq, 3 027-si qadın və 678-i qocadır", - deyə idarədən bildirilib.

Bu arada ən azı 27 490 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı dəqiqləşdirilir.

Rusiya səfirliyinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi zamanı 20 rusiyalı həlak olub. Hazırda iki rusun girov saxlanıldığı, yeddisi isə itkin düşmüş hesab olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə