Təhlükəli terrorçu zərərsizləşdirilib

Təhlükəli terrorçu zərərsizləşdirilib

Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi əməliyyatla separatçı terror təşkilatı PKK/KCK-nın narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında məsul olan "Rızqar Suvar" ləqəbli Yadin Bulutu zərərsizləşdirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Təhlükəsizlik mənbələrinin yaydığı məlumata görə, terrorçu Yadin Bulut 2015-ci ildə PKK/KCK-nın sıralarına qoşularaq İraqın şimalındakı Qəndil və Hakurk-Avaşin bölgələrində fəaliyyət göstərib.
Separatçı terror təşkilatı PKK/KCK-nın əsas gəlir mənbələri arasında olan narkotik ticarəti və çirkli pulların yuyulmasını idarə edənlərdən biri olan Yadin Bulut İraqın şimalında həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə