Priqojinə xəyanət edənin kimliyi məlum olub..?

Priqojinə xəyanət edənin kimliyi məlum olub..?

...İndi də yazırlar, yox, yox iddia edirlər ki, o vaxt Yevgeni Priqojin və onun “vaqneritləri”nin Moskvaya qarşı kampaniyası guya xəyanət üzündən iflasa uğrayıb.

Belə ki, həmən ərəfədə hava desantının generalı Mixail Teplinski əvvəlcə Putinə xəyanət edərək Priqojinə dəstək vəd edib, lakin sonradan sözünü pozaraq, ona ümid bəsləyən “Vaqner” rəhbərinə...daha bilmirəm neçənci dəfə xəyanət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Fedrasiyası Silahlı Qüvvələri ilə əlaqəli “Dürüstlük və Ədalət naminə Hava Desant Qüvvələri” Telegram kanalı yayıb.

...Niyə indi bir çox Hava-Dəniz Qüvvələrinin zabitləri general Teplinskini bu qədər tənqid edirlər?

Sən demə, rusiyalı zabitlərin dediyinə o, satqınmış(?).

Belə ki, o, Priqojinə və “Vaqner” PMC-yə xəyanət ediv və bu da sonradan Priqojinin həyatına baha başa gəlib.

Yeri gəlmişkən, bu günlərdə Teplinskiyə yeni vəzifə verilib.

O, Dnepr qoşunlar qrupunun komandiri təyin edilib.

“Z” kanalı yazır bunu.

Kanalı yazdığına görə, vaxtilə Teplinskini yanında işlədən PMC lideri generalın tam sədaqətinə arxayın imiş, lakin sonradan aldadıldı.

Kanalın yazdığına görə, Priqojin və Teplinski arasında Hava-Dəniz Qüvvələrindən “Vaqner” PMC-nin hərəkətlərini dəstəkləmək üçün razılaşma olub.

Belə ki, Moskvaya yürüşdən bir həftə əvvəl 7-ci Hava-Desant-Hücum Diviziyasının 247-ci desant-hücum alayı Xerson istiqamətindən Donbasa, Rusiya Federasiyasının sərhəddinə yaxınlaşmalıymış.

Sonradan 7-ci Hava Desant Hücum Diviziyası da "Vaqnerlər"ə qoşulmalı imiş, amma...

Mraqlıdır ki, sonradan qiyamda iştirak etməli olan 7-ci hava-desant diviziyası tezliklə ləğv edilib.

Və diviziyanın bütün heyəti Zaporojye istiqamətindəki Rabotino bölgəsində rusların ən çox itki verdikləri ölüm cəbhəsinə göndəriliblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə