Rusiya Qərbin sanksiyalarından qorxmur..?

Rusiya Qərbin sanksiyalarından qorxmur..?

Avropa İttifaqı sanksiyaları ilk növbədə onları qəbul edənlərin özlərini vurdu, lakin Rusiya üçün bu sanksiyalar o qədər də ağrılı olmadı.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, unu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov konfrans zamanı deyib. ...Avropa İttifaqında sanksiyalarla bağlı müəyyən iğtişaşlar artıq adi gözlə görünür. Bu gün Qərbdə çoxları başa düşür ki, bu sanksiyalar bizdən çox onların özlərinə zərbə vurur. Rusiya üçün sanksiyalar o qədər də ağrılı olmadı. Əksinə, onlar bizi öz potensialımızı daha da inkişaf etdirməyə sövq etdilər.

Qeyd edək ki, Peskov bunu Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağıran qətnaməni şərh edərkən bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə