Kataloniyalı siyasətçi Madridin mərkəzində güllələndi

Kataloniyalı siyasətçi Madridin mərkəzində güllələndi

Madridin mərkəzində naməlum şəxs katalon siyasətçi Alexo Vidal Kuadrasa atəş açıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Salamanka rayonunda baş verib. Zərərçəkən huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Hücum edənin motivləri açıqlanmayıb.

Qeyd edək ki, 78 yaşlı Vidal Kuadras 1991-1996-cı illərdə mühafizəkar Kataloniya Xalq Partiyasının lideri olub. 1999-2014-cü illərdə o, Avropa Parlamenti sədrinin müavini işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə