Moskvanın Naqatinski Məhkəməsi avtomobilin partlaması nəticəsində ölən jurnalist Darya Dugina haqqında internet vasitəsilə məlumat satmaqda təqsirli bilinən keçmiş yol polisi müfəttişi İvan Rıbini 4 il müddətinə ümumi rejimli koloniyada cəza çəkməyə göndərib
SİA “İnterfaks”-a istinadən xəbər verir ki, məhkəmə iş üzrə ikinci təqsirləndirilən Daniil Çoudxuri bir il müddətinə azadlıqdan məhrum edib.
Bundan əlavə, məhkəmə Rıbin və Çoudxurini müvafiq olaraq üç və iki il müddətinə “ictimai informasiya və telekommunikasiya şəbəkələrində, o cümlədən İnternetdə müraciətlərin və digər materialların yerləşdirilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq” hüququndan məhrum edib.
Hər birinin rolundan və iştirak dərəcəsindən asılı olaraq təqsirləndirilən şəxslər şəxsi həyat haqqında məlumatların qanunsuz toplanması və ya yayılması və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli biliniblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB