Rusiya “OMON”-u konserti dağıdıb...

Rusiya “OMON”-u konserti dağıdıb...

Rusiyanın çevik qüvvələri -“OMON” Sankt-Peterburqda “Zero People” qrupunun konsertini dağıdıb.

SİA-nın əldə etdiyi məlumata görə, “OMON”-un “Kosmonavt” klubuna basqın etməsinə səbəb qrupun solisti Aleksandr Krasovitskinin Rusiya əleyhinə çıxışları olub.

Qeyd edək ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb. Konsertə gələn tamaşaçıların biletləri yoxlanıldıqdan sonra evlərinə göndərilib. “Shot”un yayımladığı kadrlara əsasən, tamaşaya ən azı yüz adam gəlibmiş.

Deyilənlərə görə, hüquq-mühafizə orqanları Krasovitskinin özü ilə əlaqə saxlayıb.

Bu arada “Xalqın çağırışı” ictimai hərəkatının lideri Sergey Zaitsevin sözlərinə görə, “Kosmonavt” klubunun özündə onlar “Zero People” konsertinin orada keçiriləcəyini son dəqiqəyə qədər gizlədiblər, çünki qrup tamaşanın davam edəcəyindən qorxurmuş.

İctimai fəalların fikrincə, Krasovitski xüsusi hərbi əməliyyatı həyata keçirən Rusiyanı “toksik” və “səhvkar” adlandırdığına görə ona əngəl törədilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə