Riqa Şəhər Məhkəməsi Latviya Seyminin keçmiş üzvü Yanis Adamsonsu Rusiyaya casusluq ittihamı ilə 2 il sınaq müddəti olmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.
Qeyd edək ki, bundan əlavə, məhkəmə Rusiya vətəndaşı Gennadi Silonovu casusluq ittihamı ilə 2 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Riqa Şəhər Məhkəməsinin hakimi Erlens Ernstsonsun dediyi kimi, Adamsons açıqlanmayan məlumatları Silonov vasitəsilə toplayaraq Rusiya kəşfiyyatına ötürüb, Silonov isə Rusiya kəşfiyyatının tapşırığı ilə belə məlumatları toplayıb. Məlumat Latviyanın dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının, dövlət təhlükəsizlik orqanlarının və ordusunun işinə aiddir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB