...Gərək ki, ermənilərin hansısa bir filmində erməni aktyor Frunzik Mkrtçyan arvadının yenə də hansısa bir əməlinə reaksiya verərkən “vse nastroenie upal” deyə bildirir.
Deyim ki, elə ermənilər də bu gün həmən gündədirlər. Yəni onlar da “vse nastroenie upal” deyib pəjmürdə halda “baçlarını tuturlar”..?
Niyə, çünki Tokioda keçirilən G7 xarici işlər nazirlərinin görüşündə ermənilərin istədikləri olmayıb..?
“...Biz Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatdan sonra ermənilərin Qarabağdan köçürülməsinin humanitar nəticələrindən narahatıq”. Ruslar demiş, “feso”!
Deməli, bu G7 xarici işlər nazirlərinin bəyanatında deyilib.
Ermənilər də deyir ki, bu heç cür “böyük erməni xalqını” qane edə bilməz.
Yenə də niyə? Çünki nazirlər burada ermənilərə hörmətsizlik nümayiş etdirərək edərək “artsax” sözünü işlətməyiblər.
Ermənilərə görə, guya bu, bir mövqe nümayişidir. Yəni ermənilərə edilən növbəti hörmətsizliyin təzahürüdür.
Belə ki, dünyanın aparıcı ölkələri, heç olmasa demokratik dövlətin bütün atributlarına malik olan “artsax” xalqının hüquqları uğrunda əsl döyüşçü rolunda çıxış etməli imişlər. Amma cifayda...
Hə, bir də o gün Xankəndidə Stepan Şaumyanın abidəsini vurub aşırıblar. Bakı mediası bunu fəxrlə yazsa da, amma G7-nin xarici işlər nazirləri buna “nol-vinimaniya” verməyiblər.
...Deyim ki, ermənilərin “vse nastroenie upal” vəziyyətinə düşməsinə növbəti səbəb Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın G7 ölkələrinin xarici işlər nazirlərinin bəyanatını müsbət qarşılamasıdır.
Hə, indi erməni...daha bizlik deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB