“ABŞ dünyanın zibilxanasına çevrilib”

“ABŞ dünyanın zibilxanasına çevrilib”

Ölkəni səriştəsiz insanlarla təmsil etdiyinə görə ABŞ indi III Dünya Müharibəsinə öz tarixində heç vaxt olmadığı qədər yaxındır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü Floridada çıxış edən ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

“...Bizim heç bir ölkəmiz olmayacağına yaxınıq. Biz həm də üçüncü dünya müharibəsinə yaxınıq. Mən bunu heç vaxt təsəvvür edə və ya düşünə bilməzdim, amma biz buna çox yaxınıq”.

Bunu deyən Trampa görə, bu proqnoz deyil, “...çünki mən heç vaxt belə bir proqnoz verməzdim. Demək dəhşətlidir, amma biz heç vaxt üçüncü dünya müharibəsinə bu qədər yaxın olmamışıq. Bircə səbəb var - bizim yerimizdən səriştəsiz insanlar danışır”.

Trampın sözlərinə görə, Baydenin dövründə “ABŞ dünyanın zibilxanasına çevrilib”, çünki onun fikrincə, ölkə “həbsxanalardan məhbusları azad edir”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə