Müğənni Şamanla bağlı paylaşıma görə pensiyaçıya cinayət işi açılıb

Müğənni Şamanla bağlı paylaşıma görə pensiyaçıya cinayət işi açılıb

Kamçatkada yerli təqaüdçü Vladimir Yefimova qarşı rusiyalı müğənni Şaman haqqında yazdığı və ifaçını antifaşist “Kabare” filmindəki nasist oğlana bənzətdiyinə görə cinayət işi açılıb.

SİA xəbər verir ki, bu barədə ASTRA teleqram kanalı və SOVA tədqiqat mərkəzi məlumat yayıb.

Petropavlovsk-Kamçatski şəhərinin 69 yaşlı sakininə qarşı nasist simvollarının təkrar təbliğatı maddəsi ilə cinayət işi açılıb. Yefimov öz yazısında ifaçı Şamanın Bob Fossenin “Kabare” filmindəki “Hitler gəncliyi”nin üzvünə bənzədiyini bildirib və filmdən bir parça əlavə edib.

Orada sarı saçlı və qolunda svastika olan gənc “Gələcək bizə aiddir” mahnısını oxuyur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirdilər ki, bu fraqmenti yerləşdirməklə təqaüdçü açıq şəkildə “Svastika şəklində nasist simvollarını, Üçüncü Reyxin gerbini və nasist partiyasının salamını” nümayiş etdirib.

Deyilənlərə görə, Yefimova qabaqlayıcı tədbir kimi bəzi hərəkətlərin qadağan edilməsi barədə göstəriş verilib.

Maraqlıdır ki, o, “Yabloko” partiyasının yerli təşkilatının rəhbəridir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə