Həlak olanların sayı 10812 nəfərə çatıb

Həlak olanların sayı 10812 nəfərə çatıb

İsrailin Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 10812 nəfərə çatıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İsrailin Qəzza zolağına intensiv hücumları oktyabrın 7-dən bu yana davam edir.
Qəzzadakı Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İsrailin hücumlarında ölənlərin sayı son 24 saatda 243 nəfər artaraq 10812-yə çatıb. Ölənlərin 4 412-si uşaq, 2918-i isə qadındır.
Qəzzadakı Fələstin Daxili İşlər Nazirliyi İsrail döyüş təyyarələrinin Qəzza zolağının Deyr əl-Beleh bölgəsindəki yaşayış məntəqələrini hədəf aldığını bildirib.
Bölgədəki bir evə hava hücumu nəticəsində 12 fələstinlinin həyatını itirdiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə