Putin bu dəfə Kadırovun qardaşı oğlunu mükafatlandırıb

Putin bu dəfə Kadırovun qardaşı oğlunu mükafatlandırıb

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin qardaşı oğlu Həmzət Kadırovu mükafatlandırdığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq yazı siyasətçinin Telegram kanalında yer alıb.

“...Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, əziz qardaşım oğlu, Çeçenistan Respublikası rəhbərinin müşaviri və köməkçisi Həmzət Kadırova II dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdim” deyən Kadırovun sözlərinə görə, bu ordenlə Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə maddi-texniki təminat idarəsinin rəisi Denilbek Aidamirov və polis baş leytenantı Adam Serbiyev də təltif ediliblər.

Xatırladaq ki, daha əvvəl respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev, Çeçenistan rəhbəri Ramzan Kadırovun üç oğlu-Axmat, Eli və Adamın Rusiya vilayəti parlamentinin ali “Daimehkan Siy” ordeni ilə təltif edildiklərini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə