Lvovda sovet heykəltəraşlıq kompozisiyaları söküldü

Lvovda sovet heykəltəraşlıq kompozisiyaları söküldü

Cümə axşamı Lvovda Şöhrət Təpəsindən üç sovet abidəsi – “Vətən”, “Bayraqlı döyüşçü” və “And” abidələri sökülübLvov Şəhər Şurasının mətbuat xidmətinin məlumatına görə, abidələr “Terror ərazisi” totalitar rejimlər muzeyinə köçürüləcək.

SİA-nın əldə etdiyi məlumata görə, 1944-cü ildə şəhər uğrunda gedən döyüşlərdə həlak olan sovet əsgərlərinin, eləcə də Birinci Dünya Müharibəsi əsgərlərinin dəfnlərinin yerləşdiyi Şöhrət təpəsində, dekommunizasiya qanunlarına riayət etmək məqsədilə əvvəllər bir neçə digər sovet abidəsi sökülüb. Əsas memorialdan isə sovet ulduzu və çəkic və oraq işarəsi götürülüb.

Çərşənbə günü Lvovda “Kosmonavtika” heykəltəraşlıq kompozisiyası da sökülüb. Qeyd edək ki, heykəl 1983-cü ildə o vaxtkı Valentina Tereşkova küçəsindəki parkda ilk qadının kosmosa uçmasının 20 illiyi şərəfinə quraşdırmışdı. ...Qeyd edək ki, indi Dövlət Dumasının deputatı olan Tereşkova Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyir.

Maraqlıdır ki, şəhər rəhbərliyi uzun müddət heykəlin Tereşkovanın abidəsi olmadığını və ideoloji yük daşımadığını əsas gətirərək abidənin sökülməsinə icazə verməyib. Lakin sonda bu heykəlin “Terror ərazisi” muzeyinə köçürülməsi qərara alınıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə