Rusiya prezidenti Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin birgə mətbuat konfransı zamanı Rusiya liderinin mikrofonunda qısa müddət ərzində problem yaranıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, barədə “RİA_Kremlinpool” Telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, bu Putinin Rusiya və Qazaxıstan arasında enerji sahəsində əməkdaşlığa dair çıxışı zamanı baş verib. Rusiya prezidenti enerji təchizatının koordinasiyasının vacibliyini qeyd edəndə onun mikrofonu bir neçə saniyə işləməyi dayandırıb. Putin texniki nasazlığı zarafatla şərh edib.
“Onlar istəmirlər (koordinasiya - redaktorun qeydi). Amma yox, onlar artıq bunu istəyirdilər. Onlarla yarı yolda görüşməyə hazır olduğumuzu deyən kimi dərhal işə saldılar” dedi.
Xatırladaq ki, Putin bir müddət əvvəl Qazaxıstana rəsmi səfər etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB