Bilmirəm, burada “halal olsun” demək olar, yoxsa yox.!?
...Amma,..deməli, Kadırov uşaqları çeçen dilini yaxşı bilməyən yerli məmurları işdən çıxaracağını deyib.
Həmçinin, onun sözlərinə görə, məktəblər rus dilinə ayrılan saatları azaltmalı və “öz dilini” öyrətməyə ciddi diqqət etməlidirlər.
Bu bəyanat daha bir regional hərbi birləşmənin yaradılması və 15 yaşında ilk rusunu döyən (qətl üçün hələ tam bir il var, standartlara uyğundur) öz oğlunun vəsf edilməsi fonunda verilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu gün özünü Putinin “piyadası sayan” Ramzan, deyəsən, qarşıdan gələn çətinlikləri nəzərə alaraq artıq öz “Xanlığını” hazırlamağa start verib.
Kreml, təbii ki, bunu çox gözəl görür, amma artıq fiziki olaraq heç nəyə qadir deyil, ona görə də susur.
Bu da rus saytlarının etirafıdır.
...Mərkəzi güc zəiflədikcə yerli padşahlar daha çox olacaq və onların hərəkətləri daha həlledici olacaq(?).
Deyim ki, xatırlamış olarsınız, SİA bunu bir müddət əvvəl başqa bir formada təqdim etmişdi: “...bəy çox olar qul yiyəsiz olanda”.
...Kimisi öz dilinə, özünəməxsus adət-ənənələrinə, kimisi zəngin resurslara, kimisi isə qonşu dövlətlərin köməyinə arxalanacaq.
...Hər kəsin eyni məqsədi var - kəsilən tortdan daha böyük parçanı qoparmağa çalışmaq.
...Rusiyanın gələcəyi və vahid dövlətin qorunub saxlanması bütün bu insanları, sözün əsl mənasında, maraqlandırmır. Onların heç bir əxlaqi prinsipləri yoxdur, yalnız qazanc üçün susuzluq var.
Deyim ki, bu fikirləri Putinin görüntülərinə diqqət çəkən rus saytları yazır...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB