Birləşmiş Ştatlar Avropada Sadə Qüvvələr Müqaviləsi (CFE) üzrə öhdəliklərini dayandırdığını elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Dövlət Departamentindən verilən açıqlamada bu qərarın Rusiyanın bu sazişdən çıxmasına cavab olaraq verildiyi bildirilib.
Bəyanatda Rusiyanın müqavilədən çıxmasının Avropada təhlükəsizlik səylərini sarsıtmaq məqsədi daşıdığına diqqət çəkilərək yazılıb: “Biz belə nəticəyə gəldik ki, rəsmi Moskvanın bağlı olmadığı müqaviləyə biz də bağlı qalmaqda davam etməməliyik”.
Avropada Sadə Qüvvələr Müqaviləsinə görə öhdəliklərin dayandırılması ilə bağlı qərar dekabrın 7-dən qüvvəyə minəcək.
Tərəflərin şərti qüvvələrinə məhdudiyyətlər qoyan bu saziş 1990-cı ildə Fransanın paytaxtı Parisdə NATO ilə Sovet İttifaqı arasında imzalanmışdı. 2015-ci ildə Rusiya Avropada Sadə Qüvvələr Müqaviləsində iştirakını dayandırmaq qərarına gəldi. Ölkə prezidenti Vladimir Putin 2023-cü ilin may ayında bu sazişin ləğvi prosesini başlatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB