Ukrayna Rusiyaya qarşı müharibəni davam etdirəcək...

Ukrayna Rusiyaya qarşı müharibəni davam etdirəcək...

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski, Kiyevin cənubdakı hücumla bağlı çətinlikləri və Qərb liderlərinin diqqətini Yaxın Şərqdəki münaqişəyə yayındırmasına baxmayaraq, Rusiyaya qarşı müharibəni davam etdirmək planının olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski “Reuters”in təşkil etdiyi konfransda onlayn danışıb.

Ukrayna prezidentinin sözlərinə görə, o, bu ilin sonuna qədər ukraynalı hərbçilərin cəbhədə uğur qazana biləcəklərinə ümid edir.

O, konkret məqsədlər haqqında danışmayıb, lakin qeyd edib ki, hücumun inkişafı üçün “xüsusi istiqamətlər” var.

“Bizim məqsədimiz var, hara gedəcəyik, hansı istiqamətdə hücum edəcəyik”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna hələ də Rusiya ilə hər hansı “kompromisləri” müzakirə etməyə hazır deyil, çünki o, təcavüzün qurbanı olub. Zelenskinin sözlərinə görə, Rusiya qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarmaqla müharibəyə son qoya bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə