Ruslar bu dəfə mülki gəmini vurublar...

Ruslar bu dəfə mülki gəmini vurublar...

Deyim ki, ruslar da bekar dayanmırlar.

Budur, Rusiya hərbçiləri Odessa vilayətinin limanlarından birinə raket zərbəsi endirib.

Və nəticədə Liberiya bayrağı altında üzən mülki gəmini vurub. Deyim ki, gəmidə olan ekipaj ölüb, bir liman işçisi isə yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

“...Mülki gəmiçilik terrorunu davam etdirən düşmən Qara dənizdəki taktiki təyyarələrdən Odessa vilayətinin limanlarından biri istiqamətində X-31P antiradar raketi ilə əsaslı şəkildə atəş açıb”.

Məlumatda belə bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə