Tramp ABŞ prezidentliyinə ən zəngin namizəddi

Tramp ABŞ prezidentliyinə ən zəngin namizəddi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Forbes” jurnalının ən yüksək dövlət postuna ən varlı namizədlər reytinqində birinci yeri tutub.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq xəbər nəşrin saytında yerləşdirilib.

Beləliklə, 16 ərizəçinin ümumi sərvəti təxminən 4 milyard dollar qiymətləndirilir.

Siyahıda bir milyarder, qalanları isə milyonerlərdir.

“Forbes” Trampın sərvətini 2,6 milyard dollar qiymətləndirib. İş adamı Vivek Ramasvami 880 milyon dollarla ikinci yerdədir.

ABŞ-ın hazırkı prezidenti Cozef Bayden 10 milyon dollar gəlirlə altıncı yerdədir.

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 8 milyon dollar qazanıb.

Xatırladaq ki, növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə