Bu arada Ukraynanın hərbi müxbiri Yuri Butusov “Facebook”da Ukrayna Silahlı Qüvvələrinin Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qoşun qruplaşmasının idarəetmə mərkəzinə hücumunu şərh edib.
SİA-nın əldə etdiyi məlumata görə, Butusov bu hücumu Ukrayna Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından biri kimi dəyərləndirib.
Qeyd edək ki, Dnepr qrupu Rusiya Silahlı Qüvvələrinin Hava Desant Qoşunlarının qərargahı tərəfindən yaradılıb, qrupa Rusiya Federasiyasının Hava Desant Qoşunlarının komandanı, general-polkovnik Teplinski rəhbərlik edir.
Rusiya Federasiyasından gələn son nekroloqlar göstərir ki, Ukrayna Silahlı Qüvvələri Dnepr qərargahının yeri ilə bağlı etibarlı və təsdiqlənmiş kəşfiyyat məlumatları alıb və raket zərbəsini dəqiq planlaşdırıb.
Onu da qeyd edək ki, əməliyyat zamanı Dnepr qərargahının üç yüksək rütbəli zabiti öldürülüb:
-Dnepr idarəetmə mərkəzinin rəis müavini polkovnik Vadim Dobryakov;
-Dnepr idarəetmə mərkəzinin rəis müavini polkovnik Aleksandr Qalkin;
.Polkovnik Aleksey Koblov, düşmənin atəşə tutulması üzrə planlaşdırma şöbəsinin rəisi.
...Deyilənlərə görə, dağıdılan Dnepr idarəetmə mərkəzi ən yüksək qərargahlardan biridir və müharibə zamanı Rusiyanın “qərar qəbuletmə mərkəzlərinin” məhv edilməsində ən böyük uğurdur.
...Düşmənin Ukraynanın uğurunu təsdiqləməyə məcbur olması isə çox vacibdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB