“ABŞ İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmir”

ABŞ Dövlət Departamenti sözçünün müavini Vedant Patel mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ...
“ABŞ İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmir”

Amerika Birləşmiş Ştatları İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmədiklərini və bu barədə İsrailə açıq şəkildə söylədiklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Dövlət Departamenti sözçünün müavini Vedant Patel mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib: “İsrailin baş naziri Benyamin Netanyahu müharibədən sonra Qəzzanın təhlükəsizliyini öz üzərinə götürəcəklərini söyləyib. Biz İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmirik. ABŞ dövlət katibi Entoni Blinken bunu İsrailə səfəri zamanı həmsöhbətlərinə açıq şəkildə bildirib.

Digər tərəfdən, 6 oktyabr toqquşmalarından əvvəlki status-kvoya qayıtmaq mümkün deyil. İsrail bölgədə təhlükəsiz şəraitdə olmalı və Qəzzanın terror hücumları üçün baza olmamalıdır”.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam birləşmələri oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.

Bütün xəbərlər Facebook səhifəmizdə