Hazırda Çin və ABŞ San-Fransiskoda Amerika lideri Cozef Bayden və Çin prezidenti Si Cinpin arasında görüş üzərində işləyir.
SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Vaşinqton mümkün əməkdaşlıq və fikir ayrılıqları sahələrini tapmağa imkan verən iki dövlətin rəhbərliyi səviyyəsində müzakirələrin davam etdirilməsini “son dərəcə vacib” hesab edir.
Qeyd edək ki, Blinken noyabrın 8-də ABŞ-ın San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində Ağ Ev rəhbəri ilə Çin Xalq Respublikasının sədri arasında görüşə hazırlaşdığını açıqlayıb.
Maraqlıdır ki, ABŞ, həmçinin Rusiya Federasiyası da daxil olmaqla, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı forumunun bütün iştirakçılarına San-Fransiskoda keçiriləcək sammitə dəvət göndərib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB