"Yəhudilər Almaniyada özlərini təhlükəsiz hiss etməlidirlər"

"Yəhudilər Almaniyada özlərini təhlükəsiz hiss etməlidirlər"

Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə bu vəzifədə idi) ölkədə antisemitizmə qarşı qətiyyətli addım atmağa çağırıb.

Merkel “Kristallnacht”ın (Xrustalnaya gecələr) ildönümü ilə bağlı verdiyi açıqlamada almanları ayıq olmağa çağırıb.

"...Antisemitizmin bütün formalarına - sağ, sol və islamçı motivlərlə mübarizə bizim dövlət və vətəndaşlıq borcumuzdur".

Qeyd edək ki, keçmiş kansler ölkədə vəziyyətin kifayət qədər ağır olduğunu da gizlətməyib.

...Almaniyada həyat yenidən çiçəklənir və eyni zamanda, ölkəmizdə və dünyanın təhlükəsiz hesab edilən digər yerlərində yəhudilərin həyatını təhdid edən həyəcan verici antisemitizmlə üzləşirik.

Eyni zamanda o qeyd edib ki, internetdə və ictimai yerlərdə nifrətin qızışdırılmasını görmək getdikcə daha çox olur. Keçmiş kansler qeyd edib ki, antisemitizm Fələstinin HƏMAS radikal hərəkatının İsrailə qarşı terror hücumlarından sonra keçirilən nümayişlərdə xüsusilə iyrəncdir.

SİA-nın əldə etdiyi məlumata görə, hələ o vaxt 10 noyabr 1938-ci il “Kristallnacht” gecəsi Almaniyada yəhudi əhalisinin sistematik şəkildə məhv edilməsinin başlanğıcı hesab olunur.

Belə ki, həmin il Almaniyada yəhudi əhalisinin sistematik şəkildə məhv edilməsinin başlanğıcı hesab olunur. Sonra nasistlər mövcud sinaqoqların əksəriyyətini dağıdıb, minlərlə yəhudi müəssisəsi və mağazası talan edib.

Talan və dağıntılardan sonrakı səhər Almaniya şəhərlərinin küçələri sınmış vitrin və vitrin parçaları ilə səpələnmişdi, buna görə də hadisələr belə bir ad aldı: “Kristallnacht”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə