Robert Fiko Ukraynaya yeni yardım paketi ayırmaqdan imtina edib

Robert Fiko Ukraynaya yeni yardım paketi ayırmaqdan imtina edib

Robert Fikonun rəhbərlik etdiyi Slovakiyanın yeni yaradılmış hökuməti Ukraynaya 40,3 milyon avro məbləğində növbəti hərbi yardım paketini təsdiqləməkdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, hərbi yardım paketi seçkilər nəticəsində dəyişdirilən əvvəlki hökumət dövründə hazırlanıb.

Yeni baş nazir bildirib ki, Slovakiya bundan sonra Ukraynaya hərbi yardım göstərməyəcək və onu humanitar yardımla məhdudlaşdıracaq.

Qeyd edək ki, paketə 4 milyon patron, 5 mindən çox artilleriya mərmisi, Slovakiyanın daha əvvəl Ukraynaya tədarük etdiyi “Kub” hava hücumundan müdafiə sistemi üçün 140 raket və onlar üçün döyüş sursatı olan 8 minaatan daxil olmalı idi.

Xatırladaq ki, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Slovakiya Ukraynaya ümumi dəyəri 671 milyon avro olan 13 hərbi yardım paketi təqdim edib. Digər şeylər arasında, təxminən on MiQ-29 təyyarəsi, demək olar ki, Slovakiya ilə xidmətdə olan bütün qırıcılar Ukraynaya təhvil verildi.

Onlar dəyişdirilənə qədər ölkənin hava məkanını qonşu Çexiyadan olan qırıcı təyyarələr qoruyur.

Yeri gəlmişkən, solçu populist Fiko Ukraynaya silah tədarükünü dayandırmaq vədi ilə hakimiyyətə gəlib.

Onu da qeyd edək ki, yeni baş nazirin mövqeyi və ictimai bəyanatları əsasən Macarıstan hökumətinin başçısı Viktor Orbanın fikri ilə üst-üstə düşür.

Məsələ bundadır ki, Fiko, Ukrayna və Rusiya arasında ilkin şərt olmadan danışıqlara başlamağa çağırır.

Amma Avropa İttifaqı ölkələrinin əksəriyyətinin mövqeyi fərqlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə