Donetsk vilayətində əks-hücum zamanı ukraynalı hərbçilər Baxmutdan 10 kilometr aralıda yerləşən Andreevka yaxınlığında dəmir yolunu keçiblər. Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında deyilir. Qeyd olunur ki, Ukrayna əsgərləri Baxmut və Melitopol istiqamətlərində hücumlarını davam etdirirlər. “Ukrayna qoşunları Baxmut və Melitopol (Zaporojye vilayətinin qərbi) istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Noyabrın 6-da rusiyalı “blogger” Ukrayna qoşunlarının Andreevka yaxınlığında (Baxmutdan 10 km cənub-qərbdə) dəmir yolunu keçdiyini bildirib”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında deyilir.
Onu da qeyd edək ki, amerikalı analitiklər Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Rabotino kəndindən 9 km şərqdə yerləşən Verbove kəndi yaxınlığındakı meşəlik ərazilərdə möhkəmlənməsi barədə məlumat verən başqa bir rusiyalı təbliğatçının mesajına diqqət çəkiblər.
Təbliğatçı bildirib ki, Rusiya ordusu bu ərazidə hava məkanına nəzarət etmir və bu da öz növbəsində Rusiya artilleriyasının bu mövqelərə atəş açmasını çətinləşdirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB