Bu arada Ukrayna partizanları Moskvada, Nekrasovka yaşayış massivində, Rudnevo sənaye parkında yerləşən yeni raket zavodunu kəşf edə bildilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərində fəaliyyət göstərən “Atəş” hərbi partizan hərəkatı yayıb.
Hərbi partizan hərəkatının əldə etdiyi məlumata görə, zavodun ərazisində ruslar müxtəlif növ raketləri, ilk növbədə hava hücumundan müdafiə raketlərini yığıb sınaqdan keçirməyi planlaşdırırlar.
Ərazi təxminən 100 min kvadratmetr ərazini tutur.
Ukrayna tərəfinin yazdığına görə, ruslar burada da mülki şəxslərin arxasında gizlənmək şansını əldən verməyiblər. Belə ki, obyekt yaşayış massivində, yaşayış binalarından cəmi 500 metr aralıda yerləşir.
Deyilənlərə görə, ruslar raket istehsalına yalnız 2024-cü ilin oktyabrına qədər başlamağı planlaşdırırlar. Lakin partizanların fikrincə, zavod artıq hücumçu dron və raket komponentləri istehsal edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB