Media LPR xalq milislərinin keçmiş rəhbəri Filiponenkonun Luqanskda öldüyünü bildirir
"Bomba maşına qoyulubmuş..."

Luqansk Xalq Respublikasının xalq polis idarəsinin keçmiş rəhbəri, Respublika Xalq Şurasının deputatı Mixail Filiponenko Luqanskda öl(dürül)üb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Luqanskİnform” agentliyi məlumat yayıb.

KİV-in məlumatına görə, Filiponenkonun avtomobilində partlayıcı qurğu işə düşüb.

...Və o, “həyata uyğun gəlməyən xəsarətlər alıb”.

Rus saytlarının yazdığına görə, hadisə polkovnikin yaşadığı evin yaxınlığında baş verib.

Deyilənlərə görə, bundan əvvəl də Filiponenkonun öldürülməsinə uğursuz cəhd edilib.

Belə ki, onun avtomobili Atəşkəsə Nəzarət və Koordinasiya Birgə Mərkəzində Luqansk Xalq Respublikası nümayəndəliyinin binası yaxınlığında partladılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə