ABŞ Avropada qüvvələrin yerləşdirilməsində dəyişikliyə icazə verdi

ABŞ Avropada qüvvələrin yerləşdirilməsində dəyişikliyə icazə verdi

Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən müttəfiqlərinə verilən təminatlara əməl etmək üçün NATO qüvvələrinin balansının dəyişməsinə səbəb ola bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.

Xatırladaq ki, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə 1990-cı il noyabrın 19-da Parisdə NATO-ya üzv dövlətlər və Varşava Müqaviləsi Təşkilatına üzv dövlətlər tərəfindən imzalanıb. O, hər blok üçün maksimum silah və texnika səviyyəsini təyin edir(di-?).

Bayaq qeyd etdiyimiz kimi, bir gün əvvəl Rusiya sazişdən çıxdı, çünki bu, Kreml üçün əsas təhlükəsizlik maraqları baxımından qəbuledilməz oldu . Buna cavab olaraq NATO ölkələri müqavilədə iştirakını qeyri-müəyyən müddətə dayandırmaq niyyətində olduqlarını bəyan ediblər.

Kirbinin sözlərinə görə, sazişin dayandırılması fonunda ABŞ Avropadakı qüvvələrinin balansını dəyişə bilər.

“...Biz NATO müttəfiqləri qarşısında 5-ci maddə üzrə öhdəliklərimizi yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik ki, bu da qüvvələrin mövqeyində dəyişiklik tələb edə bilər”.

Kirbi deyib bunu.

Öz növbəsində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov diqqəti Vaşinqtonun beynəlxalq təhlükəsizlik arxitekturasının məhvinə görə məsuliyyəti Moskvanın üzərinə atmağa çalışdığına diqqət çəkib.

Yeri gəlmişkən, yada salaq ki, Rusiya Ukraynada xüsusi əməliyyat keçirdikdən sonra İsveç və Finlandiya neytrallıqdan imtina etmək qərarına gəlib və Şimali Atlantika Alyansına qoşulmaq üçün NATO-nun baş katibi Yens Stoltenberqə ərizələr təqdim ediblər.

Finlandiya 2023-cü ilin aprelində rəsmi olaraq NATO-ya qoşulsa da, İsveçin müraciəti hələ təsdiqlənməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə