Türkiyə XİN Rusiyanın AASQHM-dәn çıxmaq qәrarı ilә bağlı bәyanat yayıb

Türkiyə XİN Rusiyanın AASQHM-dәn çıxmaq qәrarı ilә bağlı bәyanat yayıb

Türkiyə Rusiyanın Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilədən (AASQHM) çıxmaq qərarından təəssüfləndiyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxmaq qərarı noyabrın 7-də qüvvəyə mindiyi üçün digər iştirakçı dövlətlər tərəfindən müqavilənin həyata keçirilməsi faktiki olaraq qeyri-mümkün olub. Bu şəraitdə Türkiyə müqaviləyə tərəf digət dövlətlər ilə birlikdə sazişin icrasını bir müddət dayandırmalı oldu’’.

Bәyanatda Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqaviləsinin əsas prinsiplərinə ehtiyacın davam etdiyi də qeyd olunub.

‘‘Qarşıdakı dövrdә Avropa təhlükəsizlik arxitekturasında lazım ola biləcək yeniliklәr yalnız bu təməllər üzərində qurula bilər. Bu çәrçivәdә bütün әlaqәdar dövlәtlәrlә mәsәlә ilә bağlı görüşlәrimizi davam etdirәcәyik. Hazırki dövrdə silahlara nəzarət, tərksilah və silahların yayılmaması qaydalarının tam icrasına qayıtmaq beynəlxalq təhlükəsizlik baxımından həmişəkindən daha vacibdir”,-deyә Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə