ABŞ Kiyevi danışıqlara məcbur etmək üçün ona təzyiq etmir...

ABŞ Kiyevi danışıqlara məcbur etmək üçün ona təzyiq etmir...

Birləşmiş Ştatlar Rusiya ilə danışıqlar aparmaq üçün Kiyev hakimiyyətinə təzyiq göstərdiyini inkar edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

...Danışıqlarla bağlı qərarı Ukrayna verməlidir. Onun iştirakı olmadan bu məsələdə heç nə baş verməməlidir. Sülh formulundan kənar danışıqlarla bağlı hər hansı müzakirələrdən xəbərimiz yoxdur.

Bunu Patel müntəzəm keçirilən brifinqdə jurnalistlərə bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bildirib ki, Rusiya ilə münaqişə Kiyev üçün gözlənilməz olub.

O qeyd edib ki, hazırda Ukrayna Müdafiə Nazirliyi yeni döyüş təlimatları hazırlayır və yeni tipli münaqişələrin aparılması üçün təcrübələr hazırlayır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə