Rusiya təyyarəsi Latviyanın hava məkanını pozub
Latviya, noyabrın 6-da Rusiya təyyarəsinin hava məkanını pozduğunu qeydə alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Latviya Müdafiə Nazirliyi yayıb.
Beləliklə, idarənin məlumatına görə, Rusiya təyyarəsi Hərbi Hava Qüvvələrinin radarları tərəfindən aşkarlanıb. Qeyd edilir ki, sərhədi pozduqdan sonra təyyarə Rusiya ərazisinə qayıdıb.
Hadisədən sonra Latviya Milli Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə hər hansı təhlükənin qarşısını almaq üçün lazımi tədbirlər görməyə başlayıb. Hadisə ilə bağlı NATO-ya məlumat verilib.
Həmçinin noyabrın 7-də Rusiyanın Latviyadakı səfirliyinin səlahiyyətli əməkdaşı Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz notası verilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB