Omskda ilk dəfə olaraq həbsdən qaçan hərbçi ilə bağlı işə baxılacaq...

Omskda ilk dəfə olaraq həbsdən qaçan hərbçi ilə bağlı işə baxılacaq...

Səfərbərlik müddətində fərarilik və həbsdən qaçma üzrə səfərbər edilmiş Maksim Vixorevə qarşı cinayət işi Omsk Qarnizonu Hərbi Məhkəməsinə daxil olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, Rusiyada belə bir cinayətlə bağlı ilk məlum hadisədir.

Belə ki, Vixorevin işi üzrə ilk iclasın tarixi və xidmət yerindən qaçan səfərbər edilmiş şəxsin konkret nədə ittiham olunduğu məlum deyil.

Bu arada “Mediazona”ya danışan Vixorevin anası oğlunun Kemerovo vilayətində anadan olduğunu bildirib. 2022-ci ilin oktyabrında Ukraynadakı müharibəyə səfərbər olunub, Pskov vilayətindəki hərbi hissədə müharibədən əvvəl hazırlıq keçib.

Yanvar ayında on günlük məzuniyyət alıb yaxınları ilə vidalaşmaq üçün doğma yerlərə gələn Vixorev, Kemerovo yaxınlığındakı kənddə yaşayan nənəsinə də baş çəkib. Amma “şiddətli şaxtalar” ucbatından avtobusların hərəkətini dayandırması çağırışçı gəncin öz bölməsinə qayıda bilməsinə mane olub.

Sonradan isə onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, bu maddə ilə 10-15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Yeri gəlmişkən, 2023-cü ilin sentyabr ayının əvvəlinə qədər Rusiya hərbi məhkəmələri müqaviləli əsgərlərə və səfərbərliyin başlaması ilə sərtləşdirilmiş maddələrlə səfərbər olunanlara qarşı 2900-dən çox iş qəbul edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə