“Rusiya yalnız zəif hesab etdiyi ölkələrə hücum edir...”

“Rusiya yalnız zəif hesab etdiyi ölkələrə hücum edir...”

Bu arada Polşa hökuməti Silahlı Qüvvələr üçün Britaniyadan 1000-dən çox “Sky Saber” hava hücumundan müdafiə raketi və onlar üçün 100-dən çox buraxılış qurğusu sifariş edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sifarişin dəyəri təxminən 4 milyard funt sterlinq təşkil edib.

Qeyd edək ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak “Twitter”də də yazıb.

Nazirin yazdığına görə, Polşanın Müdafiə Qrupu və Britaniyanın MBDA şirkəti arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən Polşa Silahlı Qüvvələri “1000-dən çox CAMM-ER raketi və 100-dən çox buraxılış qurğusu” alacaq.

Müqavilənin dəyəri 4 milyard funt sterlinqdən çoxdur və həmçinin Polşada raket və buraxılış qurğularının istehsalının təşkili üçün texnologiyanın ötürülməsini nəzərdə tutur.

Xatırladaq ki, ötən ilin iyulunda Blaşçak, Rusiyanın yalnız zəif hesab etdiyi ölkələrə hücum etdiyini bildirmişdi.

Elə bu səbəbdən Polşaya güclü və yaxşı silahlanmış ordu lazımdır. Bununla əlaqədar olaraq nazir, Polşa Silahlı Qüvvələrinin Britaniyadan “Sky Saber” sistemi ilə eyni qurğular aldıqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə