Ölənlərin sayı 20 nəfərə çatıb...

Ölənlərin sayı 20 nəfərə çatıb...

...Bayaq 6 nəfərin öldüyünü yazırdılar.

Budur, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Donetsk şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Ukraynanın Müharibə Cinayətləri ilə Əlaqədar Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki DXR nümayəndəliyi məlumat yayıb.

“İlkin məlumatlara görə, 20-dən çox insan atəşin qurbanı olub”, - məlumatda belə deyilir.

Bundan əvvəl Donetsk meri Aleksey Kulemzin Ukrayna Silahlı Qüvvələrinin şəhərdə mikroavtobusu atəşə tutması nəticəsində iki nəfərin yaralandığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə