Səfərbər olunanların qohumları, ümumilikdə iyirmiyə yaxın qadın Moskvanın mərkəzində keçirilən aksiyaya çıxıblar. Onlar yaxınlarının Ukraynadakı döyüş bölgəsində qeyri-məhdud qalmasına etiraz ediblər.
SİA-nın “Diqqət, Xəbər” nəşrindən əldə etdiyi məlumata görə, səfərbər olunanların yaxınlarının mitinqi ayrıca tədbir deyilmiş. Belə ki, onun iştirakçıları hakimiyyətlə razılaşdıqları Rusiya Federasiyası Kommunist Partiyasının aksiyasına qoşulanlarmış.
Qeyd olunur ki, bir neçə dəqiqə sonra qadınlar polis tərəfindən mühasirəyə alınsa da, məsələ həbsdən getməyib.
Nəticədə mitinq iştirakçıları Rusiya Federasiyası Kommunist Partiyasından olan Dövlət Dumasının deputatlarına öz tələblərini - xüsusən də ötən ilin payızından döyüş bölgəsində olan qohumlarının tezliklə tərxis olunmasını yazılı şəkildə təqdim ediblər.
...Bir ay ərzində müraciətlərə cavab verəcəklərini vəd edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB