Donetskin Voroşilovski rayonunun atəşə tutulması zamanı 6 nəfər həlak olub. Bu barədə şəhərin meri Aleksey Kulemzin öz Telegram kanalında yazıb.
SİA-nın merə istinadən əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin binasına birbaşa zərbə nəticəsində tavanlar uçub. Mer bildirib ki, ilkin məlumata görə, 6 nəfər həlak olub.
Kulemzin əlavə edib ki, təfərrüatlı məlumatlar dəqiqləşdirilir.
...Noyabrın 7-də Ukrayna Silahlı Qüvvələri Donetskin mərkəzini atəşə tutub, xəsarət alanlar var.
Deyilənlərə görə, “RİA Novosti”nin jurnalistləri də Ukrayna artilleriyasından atəşə tutulub, lakin onlar xəsarət almayıblar. Ukrayna Silahlı Qüvvələrinin üç-dörd zərbə endirdiyi bildirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB