Hollandiya Ukraynaya ilk beş “F-16” qırıcısını təhvil verib. Təyyarələr Rumıniyadakı hərbi bazaya çatdırılıb və orada ukraynalı pilotlar onlara təlim keçəcək.
SİA-nın əldə etdiyi məlumata görə, təyyarənin təhvil verilməsini Hollandiya Müdafiə Nazirliyi açıqlayıb. ...Təyyarəyə texniki qulluq Amerikanın “Lockheed Martin” şirkəti tərəfindən aparılacaq və o, təlimləri də təşkil edəcək. Onlar həmçinin yalnız NATO hava məkanında uçacaqlar.
Bu, Müdafiə Nazirliyinin bəyanatında deyilir.
ABŞ avqust ayında Amerika qırıcılarının Ukrayna tərəfinə təhvil verilməsi ilə bağlı razılığa gəldikdən sonra təlimlər üçün ümumilikdə 18 “F-16” qırıcısı Hollandiya tərəfindən təhvil veriləcək.
Ukrayna prezidenti Vladimir Zelenski bir daha müttəfiqlərindən Ukrayna-Rusiya cəbhəsindəki çıxılmaz vəziyyətdən çıxmağa kömək edəcək uzaqmənzilli raketlər və qırıcı təyyarələrin təhvil verilməsini xahiş edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB