Naməlum şəxslər Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasın karvanına hücum edib. Ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Türkiyə mətbuatı yayıb.
Nəşrin dərc etdiyi kadrlarda atışma görünür. Ön planda, ağır yaralanmış və ya ölmüş bir kişi yerdə uzanır. Qəzetin məlumatına görə, hücuma görə məsuliyyəti Əbu Cəndəlin Uşaqları kimi tanınan qrup öz üzərinə götürüb.
Jurnalistlər izah ediblər ki, qruplaşmanın nümayəndələri bundan əvvəl Abbasdan Qəzzada vəziyyətin nizamlanması üçün fəal addımlar atmasını tələb ediblər.
Qrup üzvlərinə tələbləri yerinə yetirmək üçün 24 saat vaxt verilib.
Fələstin rəhbərinin xəsarət alıb-almadığı barədə hələlik məlumat yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB