Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfər edəcək

Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Özbəkistana səfər edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan 8-9 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu il 16-cı dəfə keçiriləcək sammit iki gün davam edəcək.
Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində liderlərlə təkbətək görüşlər keçirəcək.
Sammitdə İsrailin Fələstinə hücumlarını dayandırması və ən qısa zamanda Fələstinə humanitar yardımın çatdırılması məsələləri də müzakirə olunacaq.
Sammit çərçivəsində üzv ölkələr arasında ticarət, iqtisadi və mədəni əməkdaşlığın inkişafı istiqamətində addımlar atılacaq.
Regional məsələlərin də müzakirə olunacağı sammitdə bölgə ilə Türkiyə arasında birbaşa quru əlaqəsi yaradacaq Zəngəzur dəhlizi məsələsi də qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə