“Müdafiə dağılır, biz bütün sol sahili itirəcəyik”

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində əldə etdiyi uğurlara görə ruslar təşvişə düşməyə başlayıblar
“Müdafiə dağılır, biz bütün sol sahili itirəcəyik”

Rusiyanın “Z” kanallarında Xerson istiqamətində vəziyyətlə bağlı panika artmaqdadır.

...Orada Ukrayna Silahlı Qüvvələri Dneprdən keçərək sol sahildəki körpübaşını genişləndirirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Ordusu ilə əlaqəli “Dürüstlük və Ədalət üçün Hava Desant Qüvvələri” resursu yazır.

...Ukrayna Silahlı Qüvvələri şərqdən meşəyə doğru irəliləyib və irəliləməyə davam edirlər. Onlara Dnepr boyunca yerləşdirilən zirehli texnikalar kömək edir. Bunun tamamilə onlar tərəfindən məşq edildiyinə tam əminlik var. Artıq ikinci gündür ki, Rusiya qoşunları bu istiqamətdə nəzarəti qismən itirməkdədir. Vəziyyət yalnız pisləşməyə doğru gedir.

Bunu “Z” kanal yazır və hazırda Ukrayna ordusu ilə bu istiqamətdə dayanan Rusiya Silahlı Qüvvələrinin 26-cı polk və 70-ci diviziyasının fəaliyyətini yararsız hesab edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə