Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun Litva ərazisinə iki tank batalyonunun yerləşdirilməsi ilə bağlı səsləndirdiyi qərar Rusiya üçün təhlükə yarada bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Andrey Koşkin deyib.
Onun sözlərinə görə, Rusiya Berlinin bu cür addımlarına cavab verməli olacaq.
…Pistoriusun təklif etdiyi artıq ciddidir. Deməyəcəyəm ki, bu, ciddi bir şeyə hazırlıqdır, lakin bu, hərbi heyətin, o cümlədən zirehli texnikanın ciddi yerdəyişməsidir ki, bu da müəyyən dərəcədə bizim qərb sərhədlərimiz üçün təhlükədir.
Bunu rusiyalı polkovnik bildirib.
Onun sözlərinə görə, Berlinin NATO-nun şərq cinahını gücləndirmək, daha dəqiq desək, Rusiya hücumundan qorunmaq üçün belə qərarı cavabsız qalmayacaq. Polkovnikin qeyd etdiyi kimi, Rusiya özünün qərb sərhədlərində hərbi inkişafında bu qüvvəni nəzərə almalı olacaq.
Qeyd edək ki, bu gün Baltikyanı respublikada təxminən 1500 alman hərbi qulluqçusu var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB