Nobel mükafatı laureatı İran həbsxanasında aclıq aksiyasına başlayıb
2023-cü il Nobel Sülh Mükafatı laureatı Narges Mohammadi saxlandığı İran həbsxanasında aclıq aksiyası keçirir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi onun qohumları və azadlığa buraxılması üçün ictimai kampaniyanın nümayəndələri məlumat veriblər.
Mohammadi Evin həbsxanasındakı şəraitə, eləcə də İran hakimiyyətinin qadınların hicab taxması tələbinə etiraz etdiyi bildirilir. Onun konkret hansı tələblər irəli sürdüyü isə hələ ki, açıqlanmır.
Qeyd edək ki, bundan əvvəl İran hakimiyyətinin hüquq müdafiəçisini həbsxanadan xəstəxanaya köçürməkdən imtina etdiyi bildirilirdi. Onun əri Tağı Rəhmaninin dediyinə görə, həbsxana rəsmiləri Mohammadi müayinə edən həbsxana həkiminin “ağciyər təzyiqinin kritik olduğunu və arterial vəziyyətinin pis olduğunu” aşkar edərək, onu təcili olaraq mülki xəstəxanaya müalicə etmək üçün köçürmək əmrinə məhəl qoymayıblar.
Onu da qeyd edək ki, İran rəsmiləri Məhəmmədinin aclıq aksiyasına başladığını hələlik rəsmən təsdiqləməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB