Avstraliya da Fələstinə dəstək nümayiş etdirir...

Avstraliya da Fələstinə dəstək nümayiş etdirir...

Avstraliyanın Melburn şəhərində Fələstinə dəstək nümayişi zamanı 4 nəfər saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Melburndakı Flemington Hipodromunun qarşısında təşkil edilən nümayişə təxminən 100 nəfər qatılıb.
Viktoriya polisindən verilən açıqlamada nümayişlə əlaqədar hipodroma gedən yollarda nəqliyyatın hərəkətində problem yaşandığı və nümayişçilərin at yarışını izləməyə gedənlərə hipodroma daxil olmasına mane olduğu bildirilib.
Açıqlamada polisin xəbərdarlığına baxmayaraq aksiyanı davam etdirən 4 nəfərin saxlanıldığı qeyd olunub. Saxlanılan nümayişçilərin Melburn Qərb Polis İdarəsinə aparıldığı bildirilib.
İsrail ordusunun oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda on mindən çox insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə