Çin sahil mühafizə gəmilərinin həftə sonu Yaponiyanın milli ərazi sularını pozduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına görə, Çin sahil mühafizə gəmiləri Yaponiyanın ərazi sularını pozub. Yaponiya Sahil Mühafizəsi noyabrın 4-ü günortadan əvvəl Minami-Kojima bölgəsinə daxil olan və oradakı Yapon balıqçı gəmilərinə yaxınlaşan Çin gəmilərinə xəbərdarlıq edib. Xəbərdarlıq və qabaqlayıcı tədbirlərdən sonra Çin gəmiləri noyabrın 5-i günorta saatlarında bölgəni tərk edib və burada təxminən 39 saat qalıblar.
Qeyd edək ki, bu pozuntu bu il 30-cu dəfə baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB