Türkiyədə yol qəzasında maşın yanıb - altı nəfər ölüb

Türkiyədə yol qəzasında maşın yanıb - altı nəfər ölüb

Türkiyədə ağır yol qəzası olub. SİA xəbər verir ki, bu barədə "TRT" məlumat yayıb. Hadisə Siirt vilayətində baş verib.

İdarəetmədən çıxan avtomobil aşıb və yanmağa başlayıb.

Yanğında aralarında uşaqların da olduğu altı nəfər həyatını itirib.

Qəzadan xəsarətlə çıxan sürücü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə