İtaliyada Putinə aid superyaxta ələ keçirilib

İtaliyada Putinə aid superyaxta ələ keçirilib

Aleksey Navalnının komandasının araşdırmasına görə, Rusiya prezidenti Vladimir Putinə məxsus olan daha əvvəl həbs olunmuş “Şeherazad” superyaxtası İtaliyada suya salınıb. SİA-nın əldə etdiyi məlumata görə, peyk görüntüləri əsasında hadisənin sentyabrın 11-dən 12-dək baş verdiyi deyilir.

Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Mariya Pevçixin sözlərinə görə, yaxta istintaq sayəsində “dondurulduqdan” sonra kimsə onu təmir etdirib.

Pevçixin sözlərinə görə, superyaxtanın təmirinə “milyonlarla avro” ödənilib.

...Əgər İtaliya hökuməti hər hansı səbəbdən “Şeherazad”anın qaçmasına icazə verərsə, bu, Avropa İttifaqının sanksiya siyasətinə ən böyük biabırçılıq və ən ciddi zərbə olacaq. Siz Putinə yaxtasını geri verə bilməzsiniz, bu, sadəcə dəlilikdir.

Qeyd edək ki, bunu Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri İtaliya hakimiyyətinə müraciət edərək bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə