Çin və Avstraliya illik fasilədən sonra bir araya gəlir

2020-ci ildə Avstraliyanın o vaxtkı hökuməti Çin texnoloji nəhəngi “Huawei” ilə 5G müqavilələrini qadağan edəndən sonra münasibətlər pisləşmişdi
Çin və Avstraliya illik fasilədən sonra bir araya gəlir

Avstraliya ilə ticarət əlaqələrində milyardlarla dollar itkiyə səbəb olan gərginlikdən sonra Çin dövlət başçısı Si Cinping noyabrın 13-də paytaxt Pekində Avstraliyanın baş naziri Entoni Albanezeni qəbul edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Çin bu gün Avstraliyanın ən böyük ticarət tərəfdaşıdır. Lakin 2020-ci ildə Avstraliyanın o vaxtkı hökuməti Çin texnoloji nəhəngi “Huawei” ilə 5G müqavilələrini qadağan edəndən sonra münasibətlər pisləşmişdi. Buna cavab olaraq Çin də bir çox Avstraliya məhsullarına sanksiya tətbiq etmişdi. 2022-ci ilin may ayında Albaneze hakimiyyətə gəldikdən sonra bu sanksiyaları aradan qaldırdı.

Yeddi ildən sonra Çinə səfər edən ilk Avstraliya baş naziri E.Albaneze Pekindəki görüşdən əvvəl əlaqələrin yaxşılaşacağına ümid etdiyini söyləmiş və “İki ölkə arasında ticarətə mane olan bəzi problemlər sona çatdı. Çin Avstraliyanın ən mühüm ticarət tərəfdaşı olaraq qalır. Bizim ixracatımızın 25 faizindən çoxu Çinlədir” demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə