ABŞ-Çin "yaxınlaşması" Putin üçün niyə sərfəli deyil..?

ABŞ-Çin "yaxınlaşması" Putin üçün niyə sərfəli deyil..?

ABŞ prezidenti Cozef Bayden və Çin prezidenti Si Sinpin arasında ehtimal olunan görüş noyabr ayında San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.

Təbii ki, bu görüşdə tez nəticələr gözlənilməməlidir, lakin bu halda danışıqlar ABŞ və Çin arasında birbaşa və sərt qarşıdurmadan daha yaxşıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ukraynalı politoloq Vladimir Fesenko “Kanal 24”-ə danışarkən, Putinin Çin və Amerika Birləşmiş Ştatları arasında sərt qarşıdurmadan nə üçün faydalandığını açıqlayıb.

Qeyd edək ki, Çin lideri bu yaxınlarda ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib.

Fesenkoya görə, Bayden və Si Cinpinin görüşü Putin üçün çox əlverişsizdir. O ümid edir ki, Pekin Ukraynaya qarşı müharibəni dəstəkləməkdə davam edəcək və Vaşinqtona qarşı Moskvanın yanında olacaq.

Bununla belə, belə görünür ki, Çinin mövqeyi bir qədər fərqlidir. Pekin hazırda ABŞ-la həm iqtisadi, həm də geosiyasi rəqabətdədir. Çin dünya liderliyinə can atır...

Bunu deyən ukraynalı politoloqa görə, Rusiya təcavüzkar ölkənin təsir mərkəzlərindən biri olacağı çoxqütblü dünya istəyir.

Çin isə iki qütblü dünya istəyir, burada yalnız iki böyük dövlət var - ABŞ və Çin. Belə ki, onlar bir-biri ilə danışıqlar, bir-biri ilə rəqabət aparırlar. Və hər şeyi də yalnız onlar həll edirlər.

Fesenkonun fikrincə, burada fikir ayrılıqları var. İndi Çin ABŞ-la birbaşa, xüsusən də hərbi qarşıdurmaya hazır deyil və bunu istəmir də. Çünki bu həm çox risklidir, həm də qlobal ticarət üçün böyük neqativdir.

Fesenkonun sözlərinə görə, Çin və Rusiyanın maraqlarında bir sıra fikir ayrılıqları var. ABŞ və Çinin dialoqu davam etdirməsi dünya üçün vacibdir. Təbii ki, Pekin və Vaşinqton arasında rəqabət və müəyyən geosiyasi qarşıdurma var, amma bu vəziyyətdə razılığa gəlib danışıqlar aparacaqlar.

Təbii ki, bu da Rusiyanı qane etmir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə