Bu arada Rusiya hakimiyyəti Ukraynanın işğal olunmuş ərazilərində Rostov-na-Donu ilhaq edilmiş Krımla birləşdirməli olan dəmir yolunun tikintisinə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Zaporojye vilayəti administrasiyasının rəhbəri Yevgeni Balitski RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yolun tikintisinə artıq “Donetsk tərəfdən” başlanılıb. Qeyd edək ki, bu barədə əvvəllər məlumat verilməmişdi.
Xatırladaq ki, Rostov vilayətindən Donetskdən keçməklə Krıma doğru gedən dəmir yolu var, lakin o, Ukraynanın nəzarətində qalan Zaporojye şəhərindən keçir.
Bu da təbii ki, rusları qne etmir. Ona görə də onların tikəcəyi yeni mağistral Akimovkadan başlayıb Berdyansk və Mariupoldan keçəcək.
Rusiya administrasiyasının rəhbərinin sözlərinə görə, tikintinin köməyi ilə “qitəyə taxıl ixracı, dəmir filizi, metal qırıntıları, kömür və bu gün materiklə əlaqə saxlamalı olduğumuz bir çox elementlərin ixracı məsələsi həll olunur”.
Maraqlıdır ki, Balitski, Krım körpüsündən keçən yolun uzun olması ilə yanaşı, təhlükəli olduğunu da etiraf edib.
Yeri gəlmişkən Ukrayna dəfələrlə Rusiyanı işğal olunmuş ərazilərdən taxıl və digər təbii sərvətləri ixrac etməkdə ittiham edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB